Bu yol 4 gün bağlı olacaq

Paytaxtda avtomobil yollarından biri 4 gün bağlı olacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Metbuat.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqustun 19-dək qüvvədə olacaq.

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir.

"TIR" sürücüsu yuxuladı və... - Dəhşətli qəza / VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR