Nabranda dənizdə batan şəxs xilas edildi

Nabranda dənizdə batan şəxs xilas edilib.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:05-də başa çatıb.

Yeni inək sortu - Buynuzsuz və... / FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR