Payız və qış fəsilləri Azərbaycana nə vaxt gələcək?

Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb.

Metbuat.az-ın AMEA-ya istinadən verdiyi məlumata görə, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli başa çatacaq və ölkə ərazisinə payız fəsli daxil olacaq.

Onun sözlərinə görə, qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də gələcək.

TOY ADƏTİ: Evlərinə taxta ördək qoyurlar - Səbəbi isə / Foto - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR