Dişləri ağappaq edən

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.  

Metbuat.az xəbər verir ki, dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.

Ağappaq dişlərə sahib olmaq hər kəsin arzusudur. Ev şəraitində təbii üsullarla dişlərinizi ağarda bilərsiniz.

Bu üsullardan bir neçəsini təqdim edirik:

Limon

Limon suyu ilə duzu qarışdırıb dişlərinizi fırçaladıqdan sonra ağzınızı bu su ilə yaxalayın. Metodu həftədə 2-3 dəfətətbiq edin.

Çay ağacı

Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır.

Reyhan

Təzə reyhan yarpaqlarını əzərək püre halına gətirin. Diş məcunu əvəzinə, bundan istifadə edin. Dişlərinizi fırçalamazdan 5-10 dəqiqə əvvəl tətbiq edə bilərsiniz. Dişləriniz daha sağlam və ağappaq olacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Bağırsaqları təmizləyən təbii qarışıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR