Play Store

Syerra-Leonedə torpaq 300-dən çox adamı "uddu"

Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində 312 nəfər həlak olub.

Metbuat.az-ın məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır.

Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir. 

Dağıntılar altında insanların qaldığı ehtimal olunur. 

Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR