Bakı küçələrində tıxaclar yaranıb

Bakı küçələrində tıxaclar yaranıb
23:42 8 Yanvar 2015
190 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının bəzi küçə və prospektlərində mövcud hava şəraiti ilə bağlı tıxac yaranıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, ən uzun tıxac Moskva prospektində yaranıb. Prospektin Cavadxan küçəsi ilə kəsişməsindən başlayan tıxac Bakı-Sumqayıt yolunadək davam edir. Moskva prospektində hərəkət sürəti cəmi 19,82 km/saatdır. Bundan başqa, Asif Məhərrəmov küçəsində (hərəkət sürəti 10,98 km/saat) və Abbas Mirzə Şərifzadə küçəsində də tıxac müşahidə olunur.
 
Bakının yüksəklik ərazilərində yolların buz bağlaması nəqliyyatın hərəkətində problem yaradıb. Hazırda Babək prospektində, Abbas Fətullayev küçəsində, General Səməd bəy Mehmandarov, Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Ramiz Quliyev, Sakit Qocayev küçələrində hərəkət sıxlığı qeydə alınır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR