Play Store

Hamı Pxenyana toplaşdı - Kim Çen In hansı qərarı verdi?

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Rusiya və Çindəki səfirlərini, həmçinin BMT-dəki daimi nümayəndəsini Pxenyana çağırıb.

Metbuat.az-ın məlumatına görə, onlar ölkə liderinin rəhbərliyi ilə baş tutan toplantıya qatılıblar. Güman edilir ki, bir neçə saat davam edən toplantıda atılacaq hərbi addımlarla bağlı qəti qərarlar qəbul edilib.

Ekspertlərin fikrincə, Şimali Koreya qarşıdakı günlərdə ya yeni nüvə silahını sınaqdan keçirəcək ya da Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasının yaxınlığına raket zərbələri endirəcək.

Sübhan/ METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR