Millimizdən Adamı qovdular

Millimizdən Adamı qovdular
23:47 8 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirin son oyunu millimizin baş məşqçisi Nikalay Adam üçün uğursuz olub.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən turnirin Azərbaycan - Cənubi Koreya oyununda millimizin baş məşqçisi texniki zonadan kənarlaşdırılıb. O, matçın 85-ci dəqiqəsində baş hakimin qərarına etiraz edərək topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.
 
Qeyd edək ki, Nikolay Adamın yetirmələri H qrupunda yer alan Cənubi Koreya ilə üz-üzə gəlib. Asiya təmsilçisi millimizə 3 cavabsız qol vurub - 3:0.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/52568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR