Hər gün boş mədəyə bir diş sarımsaq yeyin - Xərçəng hüceyrələrini...

Hər gün boş mədəyə bir diş sarımsaq yeyin, faydalarına inanmayacaqsınız.

Metbuat.az xəbər verir ki, araşdırmalara görə, boş mədəyə yeyəcəyiniz bir diş sarımsaq təzyiqin normallaşmasına yardım edir. Qanın pıhtılaşma riskini azaldır. Sarımsaqdakı yararlı maddələr qanın incəlməsini təmin edir və trombositlərin bir-birinə yapışmasının qarşısını alır. Buna görə də, mütəmadi və miqdarında sarımsaq istifadə etmək qanın normada axmasını təmin edir və ürək-damar sağlamlığını qoruyur.

İmmunitet sistemini gücləndirərək qrip, soyudəymə, zökəm kimi xəstəliklərdən qoruyur. Sarımsaq antibakterial və anti-viral təsir göstərir. Təbii antioksidant olduğu üçün xərçəng hüceyrələrinin əmələ gəlib böyüməsinin qarşısını alır. Bədəni müxtəlif xərçəng növlərindən qoruyur.

Sarımsağın tərkibindəki selenium adlı maddə sinir sisteminin düzgün işləməsinə yardım edir. Bədəni stressdən uzaq tutur. Yuxusuzluğun qarşısını alır.

Aysel Yaqubqızı / Metbuat.az

Bağırsaqları təmizləyən təbii qarışıq -XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR