Play Store

ABŞ-a hücum reallaşacaqmı? - QƏRAR

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin Rusiya və Çindəki səfirlərini, həmçinin BMT-dəki daimi nümayəndəsini Pxenyana çağırıb.

Metbuat.az-ın məlumatına görə, onlar ölkə liderinin rəhbərliyi ilə baş tutan toplantıya qatılıblar. Güman edilir ki, bir neçə saat davam edən toplantıda atılacaq hərbi addımlarla bağlı qəti qərarlar qəbul edilib.

Ekspertlərin fikrincə, Şimali Koreya qarşıdakı günlərdə ya yeni nüvə silahını sınaqdan keçirəcək, ya da Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasının yaxınlığına raket zərbələri endirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Koreya ABŞ-ın Quam hərbi bazasına mümkün raket hücumuna dair plan hazırladığını bəyan edib.

Şimali Koreyanın ordu generalı Kim Rak Gyom Quam hərbi bazasına atılacaq 4 raketin ölkə başçısı Kim Çen Innın planı təsdiqləməsindən sonra reallaşa biləcəyini deyib. Şimali Koreya hərbçiləri Quam istiqamətində atılacaq 4 "Xvason-12" raketin Yaponiyanın Şimane, Xirosima və Koiçi şəhərlərindən keçərək, 30-40 km məsafəni vura biləcəyini qeyd ediblər.

“Kim Çen Inın bəyanatları psixoloji xarakter daşıyır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Hesab edirəm ki, Quam adasına hücum baş verməyəcək, iki dövlət arasında sadəcə olaraq bəyanatlar şəklində əzələ nümayişi gedir. Onu da qeyd etmək lazımdır ki, Şimali Koreya heç bir təzyiqə ram edilə biləcək dövlət deyil. Şimali Koreyanın iqtisadiyyatının böyük hissəsi Çin və Rusiya ilə bağlıdır. Ona silkələnən bayraq ilk növbədə rəsmi Pekin və Moskvaya istiqamətlənmiş hesab edilməlidir. Trampın son zamanlar nümayiş etdirdiyi mövqe onu ABŞ cəmiyyətində nüfuzdan salacaq”.

Hamı Pxenyana toplaşdı - Kim Çen In hansı qərarı verdi?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR