Play Store

Tərləyərək arıqlamaq mümkündür? - DİETOLOQ RƏYİ

Tərləmək insan bədəninin ən mühüm müdafiə mexanizmlərindən biridir. İnsanları düşündürən məsələlərdən biri də, tərləmək arıqlamağa yardım edir?- sualı olub.

Metbuat.az xəbər verir ki, bədəndən toksinlərin atılmasını təmin edən tərləmə, həyati funksiyaların normal işləməsi üçün son dərəcə önəmlidir. Bütün funksiyaları düzgün yerinə yetirdiyi halda arıqlamağa yardım etdiyi iddia edilir.

Tərləyərək bədənin sağlamlığını və gözəlliyini artırmaq mümkündür. Bunun üçün saunalardan istifadə edilir. Bədəndəki zərərli maddələrin tərləmə yolu ilə atılması bədənə gümrahlıq və dəriyə gözəllik verir.

Mütəxəssislərə görə, tərləmə ilə itirilmiş kimi görünən çəki əslində bədəndəki suyun itirilməsi deməkdir. Bir başqa fikrə görə, bədən isindiyində və tərləmə başladığında sərf olunan kalori artır və bu da çəki atmaq anlamına gəlir. Yəni, tərləmə ilə çəki itirilir, ancaq bu bədən üçün sağlıqlı çəki itkisi deyil.

Dietoloqlara görə isə, tərləmə yolu ilə atılan çəki əslində yağ deyil, sudur. Əgər qalıcı olaraq formada qalmaq istəyirsinizsə, idmanla məşğul olun, düzgün qidalanın.

Aysel Yaqubqızı / Metbuat.az

Hər gün boş mədəyə bir diş sarımsaq yeyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR