Play Store

ABŞ Türkiyəni cəzalandıra bilər - AÇIQLAMA

İranın Baş Qərargah rəisi general-moyor Mohammad Hosseyn Baqeri Ankaraya səfər edəcək.

Metbuat.az xəbər verir ki, səfərin bu gün başlayacağı bildirilir.

Baqerinin Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akarla görüşəcəyi və Suriyadakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.

“Türkiyə hər zaman İranla münasibətləri qoruyub-saxlamağa çalışır”. 

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

 “Türkiyə NATO ölkəsidir, İran isə 1979-cu ildən etibarən hərbi-siyasi xəttini müəyyənləşdirən bir dövlətdir. İran həmin ilə qədər Məhəmməd Rza şah Pəhləvinin hakimiyyət illərində qərbyönümlü siyasət yürüdərək NATO ilə, dolayısı ilə ABŞ ilə əməkdaşlıq edib. Həmin illərdə İran öz hərbi-texniki imkanlarını ABŞ və Qərbin müdafiə-sənaye texnologiyaları ilə zənginləşdirib. 1979-cu il inqilabından sonra isə İran Qərblə demək olar ki, bütün əlaqələri, xüsusilə hərbi-texniki əməkdaşlığı kəsdi. Hazırda iki dövlət arasındakı münasibətlər "Soyuq Müharibə" mərhələsindədir. Türkiyə ilə İran arasında spesifik formatda münasibətlər mövcuddur. Münasibətlər eyni zamanda iki dövlət arasında dini və milli bağlılığa da dayanır. Türkiyə hakimiyyəti yaxşı başa düşür ki, İran təkcə qeyri-NATO ölkəsi deyil, eyni zamanda qonşu dövlətdir.  

İki dövlət arasında hərbi-texniki əməkdaşlığa dair hər hansı razılaşmanın əldə ediləcəyi gözlənilmir.

İranın Baş Qərargah rəhbərinin Türkiyəyə səfəri də münasibətlərin yaxşı olmasından irəli gəlir. Hələ 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Türkiyə müdafiə sənayesi sektorunda fəaliyyət göstərən bir sıra şirkətlər (xüsusilə rabitə sahəsində) İranda müəyyən layihələr həyata keçirmişdilər. Türkiyə mütəxəssislərinin iranlı mühəndislərə təmir işləri ilə bağlı yardımları da olmuşdu. Lakin genişmiqyaslı hərbi-texniki əməkdaşlıqdan söhbət gedə bilməz. Çünki, Türkiyə NATO ölkəsidir, blokun şərtləri və öhdəliklərinə əməl etməlidir. NATO-nun hegemon üzvü ABŞ-dır. ABŞ üçün isə İran düşmən ölkə hesab olunur. NATO-nun digər üzvləri də bu mövqeni dəstəkləməlidir. Əgər Türkiyə açıq şəkildə belə bir addım atsa, ABŞ tərəfindən cəzalana bilər. Bu isə hazırki vəziyyətdə Türkiyəyə heç bir fayda gətirməyəcək. Bu baxımdan səfər çərçivəsində hərbi-texniki əməkdaşlığa dair hər hansı razılaşmanın əldə ediləcəyi inandırıcı deyil”.

ABŞ-a hücum reallaşacaqmı? - QƏRAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR