Dünyanın 7 möcüzəsindən biri - İSGƏNDƏRİYYƏ MAYAKI

İsgəndəriyyə mayakı dünyanın yeddi möcüzəsindən biridir.

Metbuat.az xəbər verir ki, İsgəndəriyyə mayakının tarixi eramızdan əvvəl 332-ci ildə böyük Roma sərkərdəsi Makedoniyalı İsgəndərin şərəfinə adlandırılmış şəhərin əsasının qoyulması ilə bağlıdır.

Eramızdan əvvəl 332-ci ildə Makedoniyalı İsgəndərin ölümündən sonra şəhər Misirin yeni hökmdarı I Ptolomey Soterin hakimiyyəti altına keçib. Eramızdan əvvəl 290-cı ildə Ptolomey günün qaranlıq vaxtında və pis havalarda şəhər limanına yaxınlaşan gəmilərə yol göstərmək üçün Faros adasında nəhəng mayak tikməyi əmr edib. Mayakın tikintisinə məşhur yunan memarı Knidli Sostrat rəhbərlik edib. Təxminən 150 metr hündürlüyü olan mayak üçyaruslu qüllədən ibarət idi. Faros mayakı 1500 ildən artıq müddətdə gəmilərə yol göstərib. 1326-cı ildə baş vermiş güclü zəlzələ dünyanın ən böyük memarlıq əsərlərindən birini yerlə-yeksan edib. İsgəndəriyyə mayakının qalıqları 1944-cü ildə arxeoloqlar tərəfindən aşkarlanıb. Sonralar tikilinin surəti kompüter modelləşdirməsi vasitəsilə qismən bərpa edilib.

ABŞ Türkiyəni cəzalandıra bilər - AÇIQLAMA-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR