Paytaxtda avtomobil oğruları tutuldu

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Bundan başqa, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.

Bakıda kafedə kütləvi dava - Ölən və xəsarət alanlar var - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR