Zorakılıq hallarının artmasına səbəb nədir?

Son vaxtlar mediada yayımlanan xəbərlərdə təcavüz, zorakılıq hallarına tez-tez rast gəlirik. Bəs, görəsən insanlarda bu aqressiyanın səbəbi nədir? Bu cür hallara gətirib çıxaran amillər nələrdir?

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Metbuat.az-a açıqlamasında deyib: “Insanların belə aqressiv olma səbəbləri müxtəlif faktlara dayanır. Ümumiyyətlə, dünyada bu hallara gətirib çıxaran ən başlıca səbəb internet əsrində yaşamağımız qeyd olunur. Həddindən artıq informasiyalar insanların psixologiyasına, həyata baxış tərzinə, insanlar arasında münasibətlərə mənfi istiqamətdə təsir göstərir. İnsanlar bir-birinə yadlaşır və humanist dəyərlər arxa plana keçir. Tək Azərbaycanda deyil, bütün dünyada bu cür proseslər gedir”.

İnsanlar arasında psixoloji problemlər, cinsi psixoloji xəstəlikdən əziyyət çəkənlər artır.

Elnur Rüstəmov deyib ki, cinsi psixoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artıb. Təəssüf ki, bu danılmaz həqiqətdir. Buna səbəb isə əksər internet portallarında porno saytların reklam kimi verilməsidir. Nəzərə alsaq ki, həmin saytlara müxtəlif yaş qruplarından insanlar daxil olur. Bu da nəticədə ağır fəsadlara gətirib çıxarır.

Sensasiya doğuran xəbərlər, insan psixologiyasına necə təsir edir?

Elnur Rüstəmov deyib: “Zorakılıq, təcavüz, cəmiyyətdə sensasiya yaradacaq xəbərləri elə təqdim etmək lazımdır ki, insanları dolayı yolla təhrik etməsin. Çünki zamanlı mediada rastlaşırıq ki, intihar xəbərləri artdıqca intiharlar çoxalır ya da zorakılıq xəbərləri verirsən zorakılıq artır. İnsanlar o qədər gərgindir ki, belə xəbərləri verməklə ötürdüyünüz mesajı hər kəs anlamaq potensialında deyil”.

Psixoloq əlavə edib ki, saytlar zorakılıqla bağlı xəbərləri verərkən çox diqqətli olmalıdır. Düşünürəm ki, maksimal şəkildə bu cür xəbərləri verməkdən uzaqlaşmaq lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

Tərləyərək arıqlamaq mümkündür? - DİETOLOQ RƏYİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR