Türkiyə köhnə SES-ləri modernləşdirəcək

Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Nerat Albayrak deyib. 

Nazir qeyd edib ki, hazırda ölkədə dövlət və özəl sektora aid SES-lər mövcuddur. 

O əlavə edib ki, Türkiyədə bütün su elektrik stansiyaları ətraf mühitin mühafizəsi üzrə tələblərə cavab verməlidir: "Bununla əlaqədar fəaliyyətdə olan bütün SES-lərin modernləşdirilməsi aparılacaq". 

Xatırladaq ki, Türkiyədə ilk SES 1902-ci ildə Mersin vilayətinin Tartus şəhərində tikilib. Hazırda ölkədə 600 su elektrik stansiyası fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR