Hindistanda ölənlərin sayı 110 nəfəri ötdü -

Hindistanda aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 110 nəfəri ötüb.

Metbuat.az-ın məlumatına görə, çox sayda insan itkin düşüb. Onların tapılması üçün axtarışlar davam edir. Təbii fəlakət daha çox Assam və Himaçal Pradeş əyalətlərinə ziyan vurub. 200 mindən çox insan bölgədən təxliyyə edilib.

Bir neçə kəndlə əlaqə tamamilə kəsilib. Hava şəraiti səbəbiylə helikopterlər vasitəsiylə də həmin kəndlərə humanitar yardım çatdırmaq hələlik mümkün deyil.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR