Play Store

Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Metbuat.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olunub.

Dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:05-də başa çatıb.

Azərbaycanda yarım ildə 29 mindən çox insan ölüb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR