Paytaxtda 4 otaqlı ev yandı - Gecə saatlarında

Paytaxtda 4 otaqlı ev yanıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkirdə yanğın olub - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR