Valdes “Mançester Yunayted”də (FOTO)

Valdes “Mançester Yunayted”də (FOTO)
00:01 9 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın keçmiş qapıçısı Viktor Valdes karyerasını “Mançester Yunayted”də davam etdirəcək.

ANS PRESS-in məlumatına görə, Valdes ingilislərlə il yarımlıq müqavilə bağlayıb.

Zədəsini tam sağaldan 32 yaşlı qapıçı keçən ilin oktyabr ayından “Mançester Yunayted” ilə birgə məşq edirdi. Gözlənilir ki, ispan həmyerlisi David de Xeadan sonra manukianlıların ikinci qapıçısı olacaq.

Qeyd edək ki, İspaniya millisinin keçmiş qapıçısı sonuncu dəfə ötən ilin martında meydana çıxıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR