Gündə 4-5 stəkan çay içənlər - TƏHLÜKƏ - DİQQƏT

Səhər və axşam yeməklərindən sonra çay içmək adətə çevrilib.

Metbuat.az xəbər verir ki, həddindən çox içilən çay sağlamlığa zərər vurur. Çay bədənin dəmir istehsalına təsir edir. Araşdırmalara görə, gündə 4-5 stəkan çay içmək qansızlığa (anemiya) səbəb olur.

Çay dediyiniz zaman ağlınıza şəkər də gəlirsə, böyük təhlükədəsiniz. Çaya şəkər atmağınız, qan şəkərinin yüksəlməsinə, uzun müddət istifadə isə şəkər xəstəliyinə səbəb ola bilər.

Çayı səhər yeməyi ilə birlikdə deyil, səhər yeməyindən yarım, bir saat sonra içə bilərsiniz.

Dəm çayniyinə və ya stəkanınıza bir dilim limon ata bilərsiniz. Limonun antioksidant xüsusiyyəti çayı daha sağlıqlı hala gətirəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Təcavüzün qarşısını alacaq cihaz ixtira olunub - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR