Ağstafada xeyli sayda silah-sursat tapılıb

Ağstafa rayonu ərazisindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa RPŞ-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.

Bakıda kafedə kütləvi dava - Ölən və xəsarət alanlar var - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR