Cəbhədə yanğınlar səngimək bilmir - Qarabağda müharibə alovları

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.

Ötən gün işğalçılar Dağlıq Qarabağın Xocavənd rayonu ərazisinin adsız yüksəkliklərində yanğın törədiblər. Alov AğcabədiAğdamın cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunub. Alov küləyin təsiri ilə geniş ərazilərə yayılıb.

Baş verən hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycan bunun qarşısını yalnız müharibə yolu ilə ala bilər:

 “Ermənistan niyə də işğal olmuş ərazilərimizi yandırmasın?! Çünki Ermənistan 20% Azərbaycan torpaqlarını 20 ildən çoxdur işğal edib. Hansı dövlət Ermənistanı işğalçı dövlət adlandırıb?! ATƏT-in Minsk qrupunun həmsədrləri və onların təmsil olunduğu ölkələr bu situasiyanı düzəltmək üçün Azərbaycana gəlir. Sual olunur: Situasiya nədən ibarətdir? Ermənistan işğal edib, amma ona deyilirmi sən işğalçısan?! Yaxud işğal etdiyin torpaqlardan çıx?! Ermənistan cəzasız mühitdə yaşayır. Ona görə, bacardığı ən son imkanlardan da istifadə edir. Bu da ölkə daxilindəki siyasi situasiyaya hesablanır. Müharibə beynəlxalq hüquq normalarına zidd bir addım kimi qeyd olunur. Azərbaycan da beynəlxalq normaların daxilində yaşayır. Belə bir situasiyada bizim öz imkanlarımızı reallaşdırmağımıza imkanımız yoxdur. Nə qədər ki, dünyanın, haqqın, ədalətin gözü kor, qulaqları kardır, Ermənistan öz həyasızlığını davam etdirəcək”.

Ermənistan ordusunda kütləvi intiharlar - ƏSGƏRLƏR ÖZLƏRİNİ NİYƏ ÖLDÜRÜRLƏR? - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR