Play Store

Doğuşdan sonra ölən anaların sayı niyə artır? - HƏKİM RƏYİ

Qeysəriyyə əməliyyatından sonra daha bir ana dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, Tovuzda ana qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyası tərəfindən bu hadisə də digər ağırlaşma halları kimi araşdırılıb. Ölümün səbəbinin kəskin qanaxmadan yaranan fəsadlardan olması güman edilir.

Son vaxtlarda qeysəriyyə əməliyyatından sonra ölüm hallarının artdığına şahid oluruq. Bu hadisələrə isə daha çox rayon xəstəxanalarda rast gəlinir.

Xəstələr çox vaxt həkimə getməməyi, müayinə və müalicələrdən keçməməyi imkansızlıqla əlaqələndirirlər. Baxmayaraq ki, respublikamızda hamilələrə nəzarət işi çox ciddi şəkildə təşkil olunub. Hətta, Bakıdan tez-tez rayonlara xüsusi komandalar şəklində həkimlər ezam olunur. Risk qrupuna aid hamilələrlə görüşüb müayinələr aparılır, ağırlaşma ehtimalı olan hamilələri müəyyən edib şəhər yaxud daha yüksək səviyyəli xəstəxanalara dərin müayinələrə göndərirlər.

Qeysəriyyə əməliyyatı nə zaman edilir?

Tibb Elmləri üzrə Fəlsəfə Doktoru, həkim ginekoloq Xəyalə Təhməzi Metbuat.az-a açıqlamasında deyib: “Qeysəriyyə əməliyyatı problem olduğu təqdirdə uşaq və ananın həyatını xilas etmək məqsədi ilə zəruri halda aparılan əməliyyatdır. Bütün əməliyyatlarda olduğu kimi bu əməliyyatlarda da risk faktoru var. Ana ölümlərinə isə daha çox qanaxma, təzyiq və müxtəlif yanaşı somatik xəstəliklərin ağırlaşması nəticəsində rast gəlinir”.

Hamilə qadınlarımızın, hətta hamiləlik planlaşdıran bütün xanımlarımızın vaxtında həkim müayinəsində olmaları vacibdir. Problemin qarşısını almaq, problemlə üzləşərək onu aradan qaldırmağa çalışmaqdan daha asan və daha faydalıdır. 

Aysel Yaqubqızı / Metbuat.az

"Piylənmədən əziyyət çəkən uşaqların sayı artır" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR