Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə mövsümün ən dadlı meyvələrindən olan gavalı mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

1 kq - gavalı

1 kq - şəkər tozu

Yarım limonun suyu

Hazırlanması:

Gavalını öncə yuyun. Toxumlarını çıxartdıqdan sonra şəkər tozu əlavə edib sulanması üçün 4-5 saat gözləyin. Orta atəşdə qaynayana qədər qarışdırın. Qatılaşandan sonra limon suyunu əlavə edin. Bir az daha qaynatdıqdan sonra ocaqdan alın.

Nuş olsun!

Badımcan turşusunun hazırlanma qaydası - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR