Play Store

Nigeriyada terror aktı nəticəsində ölənlərin sayı 30 nəfərə çatdı

Nigeriyanın Borno əyalətində törədilən terror aktları nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. 82 dinc insan yaralanıb.

Metbuat.az-ın məlumatına görə, əyalətin müxtəlif ərazilərində daha iki partlayış səsi eşdilib. Həmin hücumlar zamanı tələfat qeydə alınmayıb. Bütün hücumlar kamikadzelər tərəfindən həyata keçirilib.

Qanlı hadisələrin "Boko Haram" terror qruplaşması tərəfindən törədildiyi deyilir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR