Play Store

Yumurta qalmaqalı Avropanı bürüyür

Avropada zərərli yumurta qalmaqalı daha iki ölkəyə sıçrayıb.

Metbuat.az-ın məlumatına görə, İsveçrə və Macarıstandakı iri marketlərdə zərərli yumurtaların satıldığı üzə çıxıb. Onların Almaniyadan idxal edildiyi bildirilir. Macarıstanın Qida Nazirliyi ölkəyə daxil olan bütün yumurta məhsullarının xüsusi yoxlamalardan keçirələcəyini açıqlayıb.

Qeyd edək ki, buna qədər Hollandiya, Fransa, Belçika, Polşa və digər 12 avropa ölkəsində tərkibində "fipronil"maddəsi olan yumurtalar aşkarlanıb.

Quşçuluq təsərrüfatlarında gənə və müxtəlif həşəratların yayılmasına qarşı istifadə edilən bu maddə insanın böyrək və ciyərlərində problemlərə yol aça bilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR