Türkiyə Almaniyaya nota verdi

Türkiyə Almaniyaya etiraz notası verib.

Metbuat.az-ın məlumatına görə, buna səbəb Türkiyədə hərbi çevrilişə cəhdin əsas iştirakçılarından biri Adil Öksüzün Almaniyada gizlənməsi barədə xəbərlərin yayılmasıdır.

Ankara Berlindən məlumatın araşdırılmasını tələb edib. Bildirilib ki, terrorçunun Almaniyada olduğu təsdiqini taparsa o dərhal həbs edilərək Türkiyəyə ekstradisiya edilməlidir.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR