Play Store

52 illik müharibə başa çatdı

Kolumbiyada orduyla İnqilabçı Silahlı Qüvvələr arasında 52 illik müharibə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, prezident Xuan Manuel Santos bildirib ki, silahlıların hamısı tərksilah olub.

Qeyd edək ki, 1964-cü ildə yaradılan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin məqsədi ölkədə kommunist inqilabının keçirilməsi olub. Hökumətlə silahlılar arasında sülh danışıqları 4 il davam edib. Bu gün qruplaşmaya məxsus 8 mindən çox silahın olduğu son yük maşınları hökumətə təhvil verilib.

  Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR