Çavuşoğlu xəbərdarlıq etdi - Vətəndaş müharibəsinə yol aça bilər

İraqın şimalındakı Kürd adminstrasiyasının referendum qərarı yalnışdır. Bu İraqda vətəndaş müharibəsinə yol aça bilər.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata açıqlamasında belə deyib. O bildirib ki, bölgədə vəziyyət onsuzda gərgindir. Yeni gərginliklər daha ciddi böhrana səbəb ola bilər. Diplomat ümid etdiyini bildirib ki, Ərbil bu istəyindən geri addım atacaq.

Qeyd edək ki, sentyabr ayının 25-də İraqın Şimalındakı Kürd adminstrasiyası müstəqillik barədə referendum təşkil etməyi planlaşdırır.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR