Play Store

"Qarabağ"dan Embaloya 2 milyon avro

"Qarabağ" İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalonu icarəyə götürmək istəyir.

Metbuat.az-ın "ilovepalermocalcio.com"a istinadən yaydığı xəbərə görə, Ağdam klubu 23 yaşlı hücumçunun 1 illik icarəsi üçün qarşı tərəfə 200 min avro təklif edib. 

Mövsüm ərzində Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik transfer oluna bilər. Qvineya-Busaulu futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klublarının da maraqlandığı bildirilir.  

Qeyd edək ki, Çempionlar Liqasınını pley-off mərhələsində "Kopenhagen"lə keçirilən oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da transfer etmək istədikləri bəzi futbolçuların klublarına pul təklif etdiklərini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR