Talassemiya Mərkəzi ilə bağlı yeni - QƏRAR

Nazirlər Kabineti Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərara alıb ki, Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulsun.

Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

"WhatsApp"dan elə bir funksiya gəlir ki... - Pul göndərə biləcəksiz - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR