Nikaha daxil olmaq istəyən 17 mindən çox insan müayinədən keçib -İyul ayında

İyul ayında nikaha daxil olmaq istəyən 17 min 793 nəfər tibbi müayinədən keçib. 

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyul ayının sonuna qədər müayinədən 309 min 224 nəfər keçib.

1 iyun 2015-ci il – 31 Iyul 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Bütün dövr ərzində müayinədən keçmiş 12 min 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunub.

Aysel Yaqubqızı / Metbuat.az

Hər gün bir diş sarımsaq yesəniz... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR