DİQQƏT! Qulaqlıqdan istifadə edənlər təhlükədədir

Sön dövrlərdə insanlar qulaqlıqların aludəçisinə çevrilib. Demək olar ki, hər gün nəqliyyatda, küçədə, iş yerində yüksək səslə musiqi dinləyən insanlarla rastlaşırıq. Görəsən, insanlar yüksək səsin sağlamlığa necə təsir etdiyini bilirlər? Ümumiyyətlə, qulaqlıqlardan istifadə hansı fəsadlara gətirib çıxara bilər?

Mövzu ilə bağlı lor-plastik cərrah İlqar Əzimov Metbuat.az-a açıqlamasında deyib: “Qulaqlıq taxaraq yüksək səslə musiqi dinləmək eşitmə sinirində problemlər yarada və eşitmə itkisinə səbəb ola bilər. Bununla yanaşı, qulaqlıq insanda yuxusuzluq, gərginlik, əsəbilik yaradır. Çünki onu qulağa taxdıqdan sonra ətrafla əlaqə kəsilir və kənardan gələn hər hansı səs insanda artıq qıcıq yaradır. Məsləhətdir ki, qulaqlıqlardan orta səs səviyyəsində gündə 1-2 saatdan çox olmayaraq istifadə edilsin”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, eşitmə qabiliyyətini qorumaq üçün insanlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdır. ÜST-ün statistikasına əsasən, hazırda dünyada 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Deyilənə görə, eşitmə problemlərinin artmasına səbəb akustik terrora məruz qalmağımızdır.

Qulaqlıqların istifadəsi insan psixologiyasına da mənfi təsir edir. İnsan ətraf mühitdən təcrid olunur, digərlərinə laqeyd yanaşır.

Psixoloqlar deyir ki, xüsusilə, valideynlər uşaqların qulaqlıqlardan istifadəsinə nəzarət etməlidir. Nəzərə almaq lazımdır ki, qulaqlığı taxdığı andan uşaq ətraf mühitlə əlaqəsini kəsir, tənhalaşır. Bu da gələcəkdə uşaqda özünəinamın azalmasına, sosial münasibətlərin məhvinə gətirib çıxara bilər.

Aysel Yaqubqızı / Metbuat.az


"Piylənmədən əziyyət çəkən uşaqların sayı artır" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR