Sumqayıtda binada yanğın: - 15 sakin təxliyyə olunub

Sumqayıtda binada yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKI: Dönərçi ilə balaca qızın maraqlı söhbəti - İstidir.../ VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR