Play Store

"Barselona"da ciddi itki - Suares 1 ay oynamayacaq

İspaniya Superkubokunda “Real”la oyunda zədələnən “Barselona”nın futbolçusu Luis Suaresin durumu ciddidir.

Metbuat.az-ın məlumatına görə, dizindən zədə alan uruqvaylı hücumçu bu gün tibbi müayinədən keçib. Məlum olub ki, o, bir ay meydana çıxa bilməyəcək. 

Bununla da 30 yaşlı forvard La Liqada 4 oyunu ("Betis", "Alaves", "Espanyol", "Xetafe") buraxmalı olacaq. O həmçinin, DÇ-2018-in seçmə mərhələsində ArgentinaParaqvayla oyunlarda da milli komandasına kömək edə bilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR