Venesuelada həbsxana qana boyandı - 40-a yaxın ölü var

Venesuelanın Amasonas əyalətindəki həbsxanada məhbuslarla təhlükəsizlik əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə azı 38 nəfər həyatını itirib.  

Metbuat.az-ın məlumatına görə, daha 14 nəfər yaralanıb. Onların kimliyi barədə məlumat verilmir. Bildirilir ki, həmin təcridxana uzun müddət məhbusların nəzarətində olub. Təhlükəsizlik əməkdaşları nəzarəti ələ keçirmək üçün həbsxanaya qəfil basqın təşkil edib. Məhkumların ciddi müqaviməti ilə üzləşən polislər güc tətbiq etmək məcburiyyətində qalıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR