Ər-Riyad Dohaya güzəştə getdi - Sərhəd qapıları açılır

Gələn ayın əvvəlindən Səudiyyə Ərəbistanı Qətərlə sərhədi açacaq.

Metbuat.az-ın məlumatına görə, Ər-Riyad qətərli zəvvarların Həcc ziyarətini yerinə yetirə bilməsi üçün belə addım atır. Zəvvarlar əvvəlcədən icazə almadan hava və ya quru yolu ilə sərhədi keçə biləcək. Sərhədin hansı müddətə qədər açıq qalacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər bölgə ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək Dohayla bütün əlaqələri kəsib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR