Play Store

Təminat verirəm ki, müharibə olmayacaq - Cənubi Koreya lideri

Koreya yarımadasında bir daha müharibə olmayacaq. Cənubi Koreya prezidenti Mun Çje İn hakimiyyətə gəlməsinin 100-cü günü münasibətiylə təşkil etdiyi mətbuat konfransında belə deyib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, bölgədəki gərginlik dialoq yoluyla aradan qaldırılmalıdır:

"Təminat verirəm ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi addım atmaq istəsə bunu əvvəlcədən bizimlə müzakirə edəcək".

Cənubi Koreya liderinin sözlərinə görə, Pxenyanın nüvə silahı proqramını inkişaf etdirməsi Seul üçün də ciddi təhlükədir.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR