Play Store

Almaniyada 22 min nəfər təcili təxliyyə olundu - Səbəb?

Almaniyanın Hildeshaym şəhərində İkinci dünya müharibəsi dövrünə aid bomba tapılıb.

Metbuat.az-ın məlumatına görə, mərmi şəhərin mərkəzində aparılan qazıntı işləri zamanı aşkar edilib. Dərhal əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. 1 km radiusda məskunlaşan bütün sakinlər ümumilikdə 22 minə qədər insan təcili təxliyyə edilib.

Bir neçə saat davam edən əməliyyatdan sonra bomba zərərsizləşdirilib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR