Rusiya Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayırır - Mariya Zaxarova

Rusiya Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayırır, Dağlıq Qarabağ zonasında gərginliyin azaldılması istiqamətində atılan addımlara həmişə dəstək verir.

Metbuat.az-ın məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə belə deyib. O bildirib ki, münaqişənin həlli istiqamətində qəti addımların atılmasının vacibliyi həmsədrlər tərəfindən də dəfələrlə vurğulanıb. Zaxarovanın sözlərinə görə, vasitəçilərin bu istiqamətdə təklif etdiyi planların həyata keçirilməsi münaqişə tərəflərindən asılıdır.

O deyib ki, hazırda həmsədrlər AzərbaycanErmənistan prezidentləri arasında növbəti görüşün təşkil edilməsi üzərində işləyir.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR