Play Store

Dəniz yanıqları və günəş ləkələrini yox edir -TƏBİİ ÜSULLAR

Yay tətilin bitməsinə sayılı günlər qalıb. İstirahətdən isə bizə dərimizdəki dəniz yanıqları və günəş ləkələri qalıb.

Metbuat.az günəş və dəniz yanıqlarını sağaltmağın bir neçə üsulunu təqdim edir.

Qatıq

Qatıq ən köhnə, ancaq təsirli üsullardan biridir. Soyuducuda saxladığınız qatığı yanıq olan bölgəyə tətbiq edin. Bunu gündə 3-4 dəfə etsəniz, ağrının azaldığını hiss edəcəksiniz.

Qara çay

Dəniz yanığı üçün təbii və sağlam üsullardan biri də qara çaydır. Qara çayı yanıq olan bölgəyə paket şəklində ya da açıq halda qoya bilərsiniz. Ağrı və yanma hissini bu üsul y ox edəcək.

Zeytun yağı

Dəniz yanığının müalicəsində zeytun yağı olduqca faydalıdır. Yanıqlardan qaynaqlanan yanğı və ağrı hissini ortadan qaldırır. Dəriyə yumşaqlıq və canlılıq hissi verir.

Aloe-vera

Aloe-vera suyu və kremindən yanıq olan bölgəyə sürtsəniz həm ağrı hissi azalacaq, həm də dəriniz nəmlənəcək.

Aysel Yaqubqızı / Metbuat.az

DİQQƏT! Qulaqlıqdan istifadə edənlər təhlükədədir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR