Dünya şaxtaya təslim oldu (VİDEO)

Dünya şaxtaya təslim oldu (VİDEO)
00:41 9 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Soyuq hava kütlələrinin gəldiyi qonşu ölkələrdə və Yaxın Şərqdə isə vəziyyət daha ağırdır. Türkiyə artıq üçüncü gündür ki, qarın altındadır. Yunanıstan, Suriya, Fələstin və İsraildən qarın fəsadları barədə xəbərlər gəlir. Hətta şaxtalı hava şəraitinin itkiyə yol açdığı bildirilir.

ANS TV-nin məlumatına görə, Avropanın cənub regionunda pis hava şəraiti hökm sürür. Bu gündən başlayaraq Yunanıstanda da sərt qış özünü göstərib. Paytaxt Afina da daxil olmaqla ölkənin əksər vilayətlərində qar yağıb. Qar bölgələrdə çoxsaylı fəsadlara yol açıb. Yollarda avtomobillərin hərəkəti məhdudlaşıb.

Türkiyə də qar və şaxtalı havalardan əziyyət çəkir. Ötən gün paytaxt Ankarada bir neçə nəfər donvurmadan xəstəxanaya yerləşdirilib. Yolların donması nəticəsində çoxsaylı avtomobil qəzaları qeydə alınıb. Bu ölkənin Şərq vilayətlərində isə vəziyyət daha ağırdır. Məlumata görə, Hakkari vilayətində qar həyatı tamamilə iflic edib. Onlarla kənd təcrid olunub.

Suriyanın paytaxtı Dəməşq və Livan ağ qar örtüyünə bürünüb. Pis hava şəraiti ilə əlaqədar təyyarə reysləri təxirə salınıb. Məktəblər tətilə bağlanıb. Məlumata görə, Livanda məskunlaşan iki suriyalı qaçqın donvurmadan ölüb.

Fələstinin Qəzza zolağında da 2014-cü ildə İsrail ilə müharibə zamanı evləri dağıdılan insanlar şaxtalı havalardan əziyyət çəkirlər.

Bir qədər əvvəl regionda baş verən “Huda” qasırğası əhaliyə iki qat zərbə olub. Fələstin rəhbərliyi Qəzza zolağında və Qərb Sahilində fövqəladə vəziyyət elan edib.

İsraildə qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. Hermon, Meron və Qüdsdə havanın pisləşməsinə hazırlıq işləri görülür.

Bəzi bölgələrdə buzlaşma xəbərdarlığı edilib.Meteoroloqlar şənbə gününədək qar yağıntısının artacağını proqnozlaşdırırlar. Proqnozlar o qədər ciddidir ki, Qüdsdəki ABŞ konsulluğu amerikalı turistlərə İsrailə səfərlərini təxirə salmağı tövsiyə edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR