Əmisi tərəfindən zorlanan 10 yaşlı qız - Övlad dünyaya gətirdi

Hindistanda əmisi tərəfindən təcavüzə məruz qalan 10 yaşlı qız övlad dünyaya gətirib.

Metbuat.az bildirir ki, kəskin ağrılarla xəstəxanaya aparılan qızın yalnız müayinədən sonra hamilə olduğu müəyyənləşib. Ailəsi abort qərarını versə də, yerli qanunlara görə, bu əməliyyat yalnız hamiləliyin 20-ci həftəsinədək reallaşdırıla bilər. Bu səbəbdən həkimlər aborta icazə verməyib.

Qızın valideynləri körpəni övladlığa verəcəklərini söyləyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR