Fransada səfərbərlik elanı

Fransada səfərbərlik elanı
00:56 9 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa hökuməti hərbçi və polisləri səfərbər edilməsi barədə qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, hökumət hüquq-mühafizə orqanlarının 88 min əməkdaşını terrorçuların tutulması və ölkədə təkülkəsizliyin təmin edilməsi üçün səfərbər edib.

Bu barədə Fransa daxili işlər naziri Bernar Kanyov açıqlama verib.

Nazirin sözlərinə görə, “Charlie Nebdo” satirik jurnalının redaksiyası, məktəblər, vağzallar, hava limanları və turstik ərazilərdə hərbçi və polislər yerləşdirilib.

Bernar Kanyov bildirib ki, hazırda Parisdə baş vermiş məlum terror aktı ilə əlaqədar 9 nəfər saxlanılıb.

Qeyd edək ki, dekabrın 7-də 3 nəfər “Charlie Nebdo” satirik jurnalının redaksiyasına silahlı hücum etmişdi. Nəticədə 12 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR