"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"

"İnter"in baş məşqçisi: "Qışa kimi bizə çox çətin olacaq"
22:27 19 Avqust 2017
288 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ "Çətin oyun oldu. İlk hissədə yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Riçard Almeyda və Mahir Mədətovun meydana çıxması oyunun gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə çalışdılar. Ancaq keçirdiyimiz ikinci oyunda da məğlub olduq".
"Report"un məlumatına görə, bunu Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
Daha sonra gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, gələn matçlarda komandaya psixoloji olaraq necə təsir edəcək?
- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdır.
- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdınız. Bunun sizin üçün əhəmiyyəti var?
- Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. Əlbəttə, istərdik ki, başqa komadalarla qarşılaşaq. Ancaq bu oyunlarda xal qazana bilərdik. Lakin biz artıq onlarla oynadıq. Digər oyunlarda xal qazanma şansımız var.
- Komandada bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutmuşdu. Sizcə, bu mövsüm də eyni uğuru təkrarlaya biləcəksiniz?
- Keçən mövsüm yaxşı oyunçularımız var idi. Bizim ehtiyat oyunçular skamyamız qısadır. Qışa kimi bizə çox çətin olacaq. Transfer pəncərəsi açılanadək əzab çəkəcəyik.
- Sizcə, komandada maaş problemi olduğu halda yeni transferlər etmək mümkün olacaq?
- Bəli, məncə, mümkün olacaq. Yavaş-yavaş vəziyyət düzələcək.
- Düşünmürsünüz ki, rəqibdən fərqli olaraq, sizin əvəzetmələriniz komandaya kömək etmədi?
- Əvəzetmələrin oyuna ciddi təsir etdiyini düşünmürəm.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nter-in-bas-mesqcisi-qisa-kimi-bize-cox-cetin-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR