"Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında qabaqcıl yerdədir" - Prezident İlham Əliyev

Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir.

Metbuat.az bildirir ki, bunu avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Dövlətimizin başçısı qeyd edib: "Yenidən Samuxda olmağıma, sizi görməyimə, çox şadam. Bu, mənim Prezident kimi Samux rayonuna üçüncü səfərimdir. Bu səfər çərçivəsində çox önəmli açılışlar qeyd olunur. Onlardan biri bu kənd yolu layihəsidir. Bu kəndlərdə yaşayan insanlar üçün bu yol uzun illər böyük bir problem idi. Körpü yox idi, sel olanda gediş-gəliş çətinləşirdi. İndi 36 kilometr uzunluğunda gözəl bir yol çəkilib. Bu, 11 yaşayış məntəqəsini birləşdirən dairəvi yoldur. Bu yol sizə rahatlıq verəcək. Eyni zamanda, bu yolun kənd təsərrüfatının inkişafı üçün də çox böyük əhəmiyyəti var". 

İlham Əliyev vurğulayıb ki, bu yolun tikintisinə dövlət tərəfindən böyük vəsait ayrılıb: "Bu, sırf sosial layihədir. Çünki bu yolun çəkilişi, ilk növbədə, insanların rahat hərəkəti üçün nəzərdə tutulub. Bundan sonra bu yolla bağlı heç bir problem olmayacaq. Bu 11 kənddə 20 mindən çox insan yaşayır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. 

Onu da qeyd etməliyəm ki, bu gün ikinci yol layihəsi də açıldı. Bu da Zazalı-İmamzadə yoludur. Orada da Samux rayonunun beş kəndi əhatə olunur. Beləliklə, bu gün Samux rayonunun 16 kəndinə yol çəkilərək istifadəyə verilib. Bu, doğrudan da çox əlamətdar hadisədir. Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə, yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik". 

Prezident bildirib ki, digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur: "Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər. 

Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir". 

Dövlət başçısı əlavə edib: "Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə, Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir". 

Azərbaycan Prezidenti qeyd edib ki, kənd təsərrüfatı bizim üçün prioritet sahədir: "Bu gün biz Göygöl rayonunda regional toxumçuluq, aqrokimya, baytarlıq laboratoriyasının açılışını etdik. Samux rayonunu əhatə edən o laboratoriyanın da böyük əhəmiyyəti var. Süni Mayalanma Mərkəzinin də açılışı oldu. Bu da heyvandarlığın inkişafına böyük töhfə verəcək. 

Bir sözlə, bu gün kənd təsərrüfatının sürətli inkişafı təmin edilir və su layihələri orada birinci şərtdir. Onu da biz təmin edirik. Əminəm ki, Samux rayonunda gələcəkdə də işlər yaxşı gedəcək. Bu günə qədər sosial-iqtisadi layihələr icra edilmişdir. Mənə verilən məlumata görə, 30-dan çox məktəb tikilib, təmir edilmişdir. Elektrik enerjisi ilə təminat yaxşılaşıb. İndi Samuxda qazlaşdırma 83 faizə çatıbdır. İçməli su layihəsi də icra edilməlidir. Azərbaycan öz daxili imkanları hesabına Samuxun içməli su layihəsini də təmin edəcək. Bu gün müvafiq göstərişlər verilmişdir. Bilirəm ki, bu, Samuxda problemdir. İçməli su layihəsi də tezliklə öz həllini tapmalıdır. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, sosial obyektlər, iş yerləri hesabına rayonun kompleks şəkildə inkişafı təmin ediləcək. İndi kənd təsərrüfatında sürətli inkişaf gedir və bunun nəticəsidir ki, kənddə demək olar iş axtaran yoxdur. Yəni, işləmək istəyən iş tapır. İndi işçilərə verilən vəsaitin həcmi də artır. Yəni, əvvəllər müəyyən məbləğə razı olurdularsa, indi daha da böyük rəqəm tələb edilir. Bu da yaxşıdır. Vətəndaşlar nə qədər çox pul qazansa o qədər yaxşıdır. Sahibkarlar onsuz da pul qazanacaqlar. Onlar pul qazanmasa işləməyəcəklər. Onlar üçün artıqlaması ilə şərait yaradılıb - həm dövlət dəstəyi, kreditlər, bax, bu layihələr, su layihələri. Ona görə, əsas məsələ ondadır ki, kəndlilər, muzdla işləyənlər yaxşı maaş alsınlar, onların gündəlik əməkhaqqı tələbatlarını tam ödəsin. Biz görürük ki, bu sahədə də böyük artım var. İndi kənd təsərrüfatının inkişafı elə geniş vüsət alıb ki, bu sahə ilə məşğul olmaq istəyənlərin sayı artır. Biz də şərait yaradırıq. Bax, bu yol, su kanalı və digər layihələr bunun bariz təzahürüdür. 

Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm və yeni uğurlar arzulayıram. Sağ olun".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37