İŞİD daha 2 jurnalisti edam etdi

İŞİD daha 2 jurnalisti edam etdi
01:09 9 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması ilə əlaqəli silahlılar Liviyada 2 tunisli jurnalisti qətlə yetirib.  

 

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, İŞİD-in Liviya qanadının yaydığı məlumatda edam edilmiş jurnalistlərin Süfyan Şürabi və Nadir Ktafi olduğu bildirilir. Bu barədə məlumat öldürülən jurnalistlərin şəkilləri ilə birlikdə qruplaşmanın nəzarətində olan internet resurslarının birində dərc olunub.

 

Qeyd edək ki, hər iki jurnalist sentyabrın 8-də  Liviyada itkin düşüblər.

 

Tunis hakimiyyəti məlumatla bağlı hələlik heç bir şərh verməyib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR