Oğurlanan jurnalistə görə polislər həbs edildi

Oğurlanan jurnalistə görə polislər həbs edildi
01:11 9 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Jurnalist Moisesa Sançesin oğurlanması ilə əlagədar Meksikanın Verakruz ştatında bələdiyyə polisinin on üç zabiti həbs edilib.

ANS PRESS-in məlumatına görə, Sançes yanvarın 2-də evindən silahlı şəxslər tərəfindən oğurlanıb.

Medelin şəhər qəzetiylə əməkdaşlıq etmiş jurnalist narkotrafik haqda öz reportajları ilə məşhurdur.

Eyni zamanda, keçən il sentyabrda Meksikada Qerrero ştatında itmiş 43 tələbə haqda araşdırmalar davam edir. Qalmaqallı işin araşdırılması çərçivəsində aralarında 60 polis əməkdaşı olmaqla artıq təxminən 90 insan saxlanılıb.

Şübhəlilər arasında tələbələr, şəhər meri və onun arvadı da var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR