Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: xəsarət alan var
06:42 22 Avqust 2017
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, "Daewoo" markalı sərnişin avtobusunun sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı sürücü, 1991-ci il təvəllüdlü Mirzəliyev Rafiq Ağabala oğlu ağır xəsarət alıb. 
Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, avtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sernisin-avtobusu-qezaya-ugrayib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR